İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi “Gələcək sənsən” Təcrübə Proqramından yaralanmağa dəvət edir.
“İki sahil” xəbər verir ki, proqramda iştirak etmək üçün namizədlərə qoyulan minimal tələblər bunlardır:
Yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində və ya 1-ci və ya 2-ci kurs magistratura pilləsi üzrə ali təhsil;
Cari tədris ilinin yaz semestri üzrə, məzunlarda isə yekun ümumi orta müvəffəqiyyət göstəricisi 75-80 baldan yuxarı olmalıdır;
İngilis dili yaxşı səviyyədə.
Təcrübə proqramının üstünlükləri:
Tələbələr üçün nəzəri biliklərini praktikada tətbiq etmək;
Telekommunikasiya sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması məqsədilə keçiriləcək təlimlərdə iştirak imkanı;
Təcrübə keçən tələbələrə proqramda iştirakla bağlı sertfikatın verilməsi;
Təcrübə proqramını uğurla tamamlayan tələbələrin işə qəbulla bağlı dəyərləndirilməsi;
Təcrübə müddətində iş imkanı.
Proqramda iştirak etmək üçün seçim mərhələləri:
Sənəd qəbulu üzrə ilkin yoxlamanın aparılması;
Müsahibə;
Namizədlərin tapşırıq əsaslı qiymətləndirilməsi.
Proqramda iştirak etmək üçün Agentliyin rəsmi veb saytında “Karyera” bölməsindən və ya sosial şəbəkə hesablarında paylaşılan keçidlər vasitəsi ilə 29 aprel-21 may tarixləri arasında müraciət edə bilərsiniz.
Yay təcrübə proqramının müddəti 01 iyul-2026-cı il tarixdən 31 avqust 2026-cı il tarixədək davam edəcək.
Vüsal Qasımlının “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda çıxışından əsas tezislər
Əsas hədəfimiz biri süni intellekt və Big Data analitika alətlərinin proseslərə tətbiqinin genişləndirilməsidir