“İki sahil” xəbər verir ki, görüşdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin 11 təhsil proqramının ASIIN tərəfindən beynəlxalq akkreditasiyadan uğurla keçməsi, həmçinin 7 proqramın mühəndislik üzrə EUR-ACE nişanı ilə təltif olunması yüksək qiymətləndirilib. Bu nailiyyətin təhsil müəssisəsində tətbiq olunan keyfiyyət standartlarının göstəricisi olduğu vurğulanıb.
Tərəflər mövcud əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək, SOCAR ilə ASIIN arasında elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
SOCAR-ın prezidenti “Wison Engineering Ltd” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb