11 may 2026 09:41
70

Yaşlanmanı ləngitmək mümkündür?

ABŞ alimləri çılpaq torpaq siçovullarından götürülən geni siçanlara köçürərək onların ömrünü uzatmağı bacarıblar.

“İki sahil” xəbər verir ki, bu barədə "ScienceDaily" Roçester Universitetinin araşdırmasına istinadən məlumat yayıb.

Tədqiqat zamanı alimlər çılpaq torpaq siçovullarında yüksək səviyyədə olan xüsusi hialuron turşusu ilə əlaqəli geni siçanlara köçürüblər.

Nəticədə geni dəyişdirilmiş siçanlarda şişlərə qarşı müqavimətin artdığı, bağırsaq fəaliyyətinin yaxşılaşdığı və yaşlanma ilə bağlı iltihab səviyyəsinin azaldığı müəyyən olunub.

Araşdırma müəlliflərinin sözlərinə görə, bu dəyişikliklər siçanların ömrünün müəyyən qədər uzanmasına da səbəb olub.

Alimlər hesab edirlər ki, yüksək molekullu hialuron turşusu xərçəng riskini azaltmağa və daha sağlam qocalmağa kömək edə bilər.

Tədqiqat müəllifləri qeyd ediblər ki, çılpaq torpaq siçovulları uzunömürlülükləri və xəstəliklərə qarşı yüksək davamlılıqları ilə yaşlanma biologiyası sahəsində xüsusi maraq doğurur.