14 may 2026 00:17
129

Azər­bay­can güclü dövlətdir

Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Dünya birlikləri, dünyanın bəşəri dövlətləri bu müharibəni, Ermənistanın bu müharibəni yaradan xarici siyasətini, onun havadarlarını qınadı. Hələ SSRİ dönəmində başlayan bu müharibə SSRİ da­ğıldıqdan sonra da davam edirdi. Azərbaycanın da, Ermınistanın da dövlət müstəqilliyi bərpa olunmuşdu. Bu iki müstəqil dövlət 1992-ci il yanavrın 30-da də Avropada Təhlükəsizlik və Əmək­daşlıq Müşavi­rəsinə qoşulmuşdu. Bu təşkilat, yəni ATƏM 1995-ci il yanvarın 1-dən Avro­pa­da Təhlü­kə­sizlik və Əməkdaşlıq Təşkilatı, yəni ATƏT adlanırdı.

1994-cü il dekabrın 5–6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilmişdi. Minsk prosesinin həmsədrlik institutuna 1997-ci il yanvarın 1-dən ABŞ, Rusiya və Fransa başçılıq edirdi. Bu institut münaqişə adlandırdıqları problemi həll edə bil­di­mi? Həll etmək istəyirdimi? Yox, ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycan tor­paq­larının ilhaqını rəsmiləşdirmək niyyəti idi. Həmsədr dövlətlrədən biri – Fransa Ermənistanı bütün vasitələrlə müdafiə edirdi, ona həm siyasi, həm də hərbi yardım göstərirdi. Rusiya da Ermınistanın apardığı xarici siyasəti dolayısı ilə dəstəkləyirdi, regionda olan hərbi qüvvələrini qeyri-rəsmi də olsa Ermınistanın sərəncamına vermişdi. ABŞ uzaqdan-uzağa bəyanatlar verməklə fəaliyyətii bit­miş hesab edirdi. Bu üç dövləti birləşdirən ortaq maraq nə idi? Azərbaycanın torpaqlarının işğal­dan azad edil­mə­sini “Qorde düyününə” çevirmək. Emənistanın sülh danışıqlarından yayın­ması, re­gion­da mövcud sta­tus-kvonu sax­la­maq, yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycanın ərazi­lərinə müxtəlif miqyaslı hücumlar etməsi ATƏT-in Minsk qrupunun həmsədrlərini narahat etmir­di. BMT Təhlükısizlik Şura­sının daimi üzvləri olan bu dövlətlər həm də təşkilatın qərarlarının qarantı olmadan bu qərarlara selektiv yanaşır­dılar, bəzən onların icrasını dolaşığa da salırdılar. Azərbaycan bəşəri bir dövlət kimi işğalçı dövlətlə ərazisi işğal olunmuş dövlətin sülh danı­şıq­larını davam etdirməsini təklif edirdi, Azərbay­can Res­pub­li­kasının Prezidenti cənab İlham Əliyev bu istiqamətdə məntiqli, mahiyyətli siyasi bəyanat­lar verirdi.

Həmsədrlər bu münaqişənin həllinin olmadığını bildirirdilər, Azərbaycanı təslimçi sülhə razılaş­dırmaq istəyirdilər. “Şimali Qarabağ” ifadəsini də siyasi terminə çevirmişdilər. İşğal müd­də­tində şəhərlər xarabalığa çevrilirdi, mədəni irsimiz dağıdılırdı, qanunsuz məskunlaşmalar da olurdu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd etmişdi ki, 28 il ərzində heç bir nəticə verməyən qrupun fəaliyyətinə ehtiyac yoxdur. O, 30 iyun 2022-ci ildə bildirdi: "ATƏT-in Minsk qrupu sadəcə bir alətə çevril­miş­di... Onun resusitasiyası (canlandı­rıl­ması) mümkün deyil, o ölüb".

Son vaxtlar Fransa Ermınistana indi daha açıq-aşkar siyasi və hərbi havadarlıq edir. Ermə­nistana müxtəlif növ silahlar çatdıran, sülhə qarşı bəyanatlar verən Fransa neokolo­nia­list siyasətini Qafqaza köçürmək üçün Ermənistanı özünün xarici siyasətinə vasitə edib.

Bu kimi faktlar təsdiqləyir ki, Ermənistanda Aİ missiyasına ehtiyac varmı? Yoxdur! Sülh prosesi gedir, hər iki tərəf bunu ən yüksək səviyyədə bəyan edir, belə olan halda Aİ missiyası vəziyyəti gər­ginləşdirmək deyilmi? Və niyə? Bu, qeyd edildiyi kimi, səlibçi təfəkkürünmü dava­mı­dır, yoxsa neokolonialist siyasətinmi? Bu missiyanın əsas dəstəkləyicisi Fransadır. Bir neçə il əvvəl başlamış “binokl diplomatouyası” bu gün də davam edir…

Cənab Prezident çıxışı zamanı deyib: "Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər".

İranla İsrail və ABŞ dövlətlərinin apardığı müharibənin nəticəsi olaraq Hörmüz boğazı bağ­lanıb. Bu, dünya neftinin 20 faizi bu boğazdan keçir. Deməli, bu, dünya iqtisadiyyatına ciddi təsir göstərir. Bu baxımdan dünyada gedən müharibələr baxımından Azərbaycanda siyasi sabitlik möv­cuddur, iqtisadi durum da yaxşıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azər­bay­can güclü dövlətdir!..

Səbinə Xasayeva,

Milli Məclisin deputatı