18 may 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Keniya Prezidentinə SOCAR-ın strateji hədəfləri, Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi enerji layihələri barədə ətraflı məlumat verilib.
Söhbət zamanı enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib, insan kapitalının inkişafı, təcrübə mübadilələrinin aparılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
SOCAR-ın prezidenti “Wison Engineering Ltd” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb