Mayın 26-sı saat 18:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.
“İki sahil” xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, iyunun 5-i saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub