Müasir dövrdə şəhər və regionların dayanıqlı inkişafı, infrastrukturun yenilənməsi və sosial-iqtisadi bərabərliyin təmin edilməsi dövlət siyasətinin əsas hədəfləri sırasındadır.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə mayın 20-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə" adlı panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, bu məqsədlər yalnız iqtisadi inkişaf deyil, həm də insanların həyat keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
"Eyni zamanda, bu yanaşma qlobal çağırışlara cavab verən, resursların səmərəli istifadəsini təmin edən və uzunmüddətli dayanıqlılığı hədəfləyən bir strategiya kimi çıxış edir", - deyə deputat qeyd edib.
Sabah paytaxtın Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub