58 min ipoteka müqaviləsi bağlamışıq. Gənc ailələrə öz evlərinə sahib olmaları üçün bu, əlverişli alətdir.
“İki sahil” xəbər verir ki, bu barədə maliyyə nazirinin birinci müavini Anar Kərimov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Mənzil maliyyələşdirilməsi üçün yeni bir saziş” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.
Nazir müavininin sözlərinə görə, dövlət güzəştli ipotekaya dəstək verməkdə davam edir.
“Güzəştli ev təminatı əsas kateqoriyalar üçün də verilir. Bu, həm dövlət işçilərinə aiddir, həm də publik sektorda işləyən mütəxəssislərə verilir. İkinci məsələ rəqəmsallaşdırma məsələdir ki, bu da maliyyələşmədə əsas məqamdır”, - deyə Anar Kərimov əlavə edib.
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub