Mənzil problemini həllinə nail olan ölkələr bunu daxili maliyyələşmə hesabına edirlər. Daxili maliyyə sistemini yönləndirə və ya inkişaf etdirə bilməyən ölkələr isə mənzil məsələsi ilə məşğul olmurlar.
“İki sahil” xəbər verir ki, bunu Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusundakı tədbirdə UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax deyib.
“Həmin ölkələrdə insanlar dəstək ala bilmir və pərakəndə şəkildə dağılırlar. Beləliklə, burada cəmiyyət olaraq həll etməli olduğumuz struktur bir problem var. Əgər müəyyən məsələlərə diqqət ayırmasaq, onları heç vaxt inkişaf etdirə bilməyəcəyik. Odur ki, humanitar planlar hazırlayarkən, sosial kapitalı, icmaları gücləndirməyi düşünmək lazımdır”, - deyə icraçı direktor vurğulayıb.
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb