Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərində keçirilən “Türkiyə-Azərbaycan-Gürcüstan SAR Təlimi-2026” təlimində iştirak edib.
“İki sahil” xəbər verir ki, təlimin əsas məqsədi dost ölkələrin axtarış-xilasetmə bölmələri və şəxsi heyəti arasında birgə işləmək vərdişlərini artırmaq, qarşılıqlı təcrübə mübadiləsini təşkil etmək və axtarış-xilasetmə sahəsində ən müasir yanaşmalarla tanışlıq olub. Təlim zamanı şərti olaraq zəlzələ baş vermiş ərazidə dağıntılar altında qalmış “zərərçəkmişlərin” axtarışı və xilasetmə işlərinin təşkili əməliyyatı yerinə yetirilib.
Uğurla keçən təlimin sonunda FHN-in xilasedicilərinə təşkilatçılar tərəfindən müvafiq sertifikatlar təqdim olunub.
Yasamal və Nərimanovun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib
Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib