Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan beynəlxalq sərgidə birgə iştirak edən “AzərEnerji” və “Azərişıq” ASC-lər “Elektroenergetika obyektlərinin tikintisində şəhərsalma memarlığının Azərbaycan nümunəsi” mövzusunda təqdimat keçiriblər.
“İki sahil” xəbər verir ki, təqdimatda elektroenergetika sahəsində şəhərsalma və memarlıq prinsiplərinin tətbiqi, enerji infrastrukturunun inkişafında müasir yanaşmalar, eləcə də Azərbaycanda həyata keçirilən layihələrin xüsusiyyətləri barədə məlumat verilib. Enerji obyektlərinin şəhər mühitinə uyğunlaşdırılması, estetik və funksional memarlıq həlləri, ekoloji amillərin nəzərə alınması və dayanıqlı inkişaf prinsiplərinin əhəmiyyəti vurğulanıb.
Təqdimatın məqsədi Azərbaycanın bu sahədə təcrübəsinin paylaşılması və elektroenergetika infrastrukturu ilə şəhərsalma arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi olub.
Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb