Azərbaycan və Belarus arasında şəhərsalma üzrə əməkdaşlığın inkişafı müzakirə edilib.
“İki sahil” bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadla xəbər verir.
Məlumata görə, qurumun sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Belarusun memarlıq və tikinti naziri Aleksandr Studnev ilə görüş keçirib.
Görüş zamanı iki ölkə arasında həyata keçirilən birgə şəhərsalma, memarlıq, eləcə də layihələndirmə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri çərçivəsində hər iki ölkənin layihə institutları arasında əməkdaşlıq, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi ətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Bakıda keçirilən növbəti əmək yarmarkasında 1000-dən çox vakansiya təqdim olunub