20 may 2026-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Ağıllı Şəhərlər: Potensialın Artırılması Vasitəsilə Şəhər Dayanıqlılığının Yaradılması” adlı tədbir baş tutub. “İki sahil” xəbər verir ki, tədbir BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) tərəfindən təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Azərbaycanda dövlət xidmətləri sahəsində həyata keçirilən islahatlar, Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” modelinin və “ASAN kommunal” mərkəzlərinin vətəndaşlara kommunal xidmətlərin vahid məkanda, əlçatan və şəffaf formada təqdim edilməsinə verdiyi töhfə, həmçinin innovativ həllərin dayanıqlı şəhər inkişafı və dövlət xidmətlərinin effektiv idarə olunmasında rolunu diqqətə çatdırıb. Hazırda “ASAN xidmət” təcrübəsinin ixracı istiqamətində 30-dan çox dövlətlə əməkdaşlıq edildiyi barədə məlumat verib.
UNITAR nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə də tanış olub və 2023-cü ildə tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində görülmüş işlər, planlaşdırılan layihələr barədə müzakirələr aparılıb.
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Bakıda keçirilən növbəti əmək yarmarkasında 1000-dən çox vakansiya təqdim olunub