Yeni Urban Gündəliyinin icrası üçün kifayət qədər ixtisaslı şəhərsalma mütəxəssisləri mövcud deyil.
“İki sahil” xəbər verir ki, bu barədə Yunanıstanın ISOCARP (Beynəlxalq Şəhər və Regional Planlaşdırıcılar Cəmiyyəti) nümayəndəsi Frank D’Hondt Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Habitat Peşəkarları Forumu Fəlakətdən Sonra Transformativ Bərpa üçün Yeni Qlobal Çərçivəni təqdim edir" mövzusunda keçirilən brifinqdə çıxışı zamanı deyib.
O qeyd edib ki, digər vacib məsələ ictimai iştirakçılıq və insanların cəmiyyətlərin planlaşdırma proseslərinə cəlb olunmasıdır.
“İştirakçılığa əsaslanan planlaşdırmanı həyata keçirmək üçün institusional imkanlar yetərli deyil. Urban inkişaf sahəsində 15 milyon insan çalışsa da, onların yalnız çox kiçik hissəsi urban planlaşdırıcılardır. Planlaşdırma təşkilatlarının öz resursları kifayət etmir və bu səbəbdən güclü tərəfdaşlıqlara ehtiyac var. Bu gün keçirilən müzakirələr çərçivəsində yeni koalisiyanın yaradılması istiqamətində iş aparılır. Təşkilat Dayanıqlı İnkişaf Məqsədlərindən potensialın inkişaf etdirilməsi istiqamətində istifadə edəcək və WUF13 bu məqsədlərin həyata keçirilməsi üçün mühüm imkan yaradır”, - deyə Frank D’Hondt əlavə edib.
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Bakıda keçirilən növbəti əmək yarmarkasında 1000-dən çox vakansiya təqdim olunub