22 may 2026 12:09
162

Minalar iqtisadi bərpa və yenidənqurma qarşısında ciddi maneələr yaradır

Minalar silahlı münaqişə bitdikdən onilliklər sonra belə insanları öldürməyə davam edən müharibə qalıqlarıdır. Müharibənin bu gizli silahları torpaqları qorxu, iflic və geridəqalmışlıq zonalarına çevirir.

“İki sahil” xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Münaqişədən sonrakı şəhərlərdə yenidənqurma: Humanitar mina fəaliyyətinin kritik rolu” mövzulu tədbirdə ADA Universitetinin Praktika üzrə Professoru və "Moot Court" Proqramının Direktoru Rodriqo Labardini deyib.

O qeyd edib ki, müharibənin partlayıcı qalıqları iqtisadi bərpa və yenidənqurma qarşısında ciddi maneələr yaradır. “Hazırda Qarabağdakı vəziyyətin şahidiyik. Təəssüf ki, dünyanın bir çox yerində belədir. Hələdə dünyada, eləcə də Azərbaycanda insanlar ölkə daxilində öz evlərinə qayıda bilmirlər. Minaların təmizlənməsi buna görə də birbaşa qaçqınların müdafiəsi, sosial reinteqrasiya və vətəndaşlıq hüquqlarının bərpası ilə bağlıdır”.