“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı üzrə Alunitdağ qəsəbə ərazi partiya təşkilatında “Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir” mövzusunda dəyirmi masa keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev, aparatın məsul işçisi Sənan Hüseynli, Alunitdağ qəsəbə ərazi partiya təşkilatının sədri Cahangir Məmmədov və digər partiya üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Natiqlər çıxışlarında Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, Forumun paytaxt Bakıda təşkili Azərbaycanın qlobal urbanizasiya proseslərində rolunun gücləndiyini nümayiş etdirir, həmçinin beynəlxalq etimadın və əməkdaşlıq imkanlarının genişlənməsinə də mühüm töhfə verir. Vurğulanıb ki, bu mötəbər tədbir şəhərsalma sahəsində ölkəmizin təcrübəsinin təqdim olunması, qabaqcıl beynəlxalq modellərin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.