Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir.
“İki sahil” xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.
“Ötən ilin avqust ayında parafladığınız sülh sazişinin irəlilədirilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər, həmçinin sərhədlərin delimitasiyası üzrə davam edən proses, 2026-cı ilin yanvar ayında dörd erməni məhbusun azad olunması, Ermənistana yanacaq tədarükü və hər iki ölkənin vətəndaş cəmiyyətlərini bir araya gətirən “Sülh Körpüsü” təşəbbüsü bizi ruhlandırır”, - deyə qeyd edən ABŞ Prezidenti strateji tərəfdaşlığı gələcək illərdə və onilliklərdə daha da möhkəmləndirməyi səbirsizliklə gözlədiyini vurğulayıb.
Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir
Prezidentin köməkçisi: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir
CNN İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi - Prezidentin köməkçisi