2 iyun 2026-cı il tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Apollo Global Management, Inc.”in idarəedici direktoru Conatan Bar ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə “Bakı Enerji Həftəsi”nin beynəlxalq enerji əməkdaşlığının inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Bu xüsusda, tədbirin açılış mərasimi çərçivəsində tərəflər arasında imzalanan sənədlərin qarşılıqlı səmərəli əlaqələrin genişləndirilməsi baxımından önəmi vurğulanıb.
Söhbət zamanı “midstream”, “yaşıl enerji” keçidi istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib, eləcə də enerji layihələrinin kapital strukturunun optimallaşdırılması, innovativ investisiya həllərinin tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
SOCAR-ın prezidenti “Wison Engineering Ltd” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edir
“Dayazsulu Günəşli” yatağı üçün Çin Xalq Respublikasından yeni qazma qurğuları alınıb