3 iyun 2026-cı il tarixində "Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf “INPEX” şirkətinin Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktoru və baş vitse-prezidenti Munehiro Hosono ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə “INPEX” şirkətinin Azərbaycanın təşəbbüsü ilə icra olunan layihələrdəki fəal iştirakı, o cümlədən SOCAR ilə uğurlu əməkdaşlığı məmnunluqla qeyd olunub. Şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası imkanları nəzərdən keçirilib.
Söhbət zamanı təcrübə mübadilələrinin aparılmasına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb