Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər həyata keçirilir. “İki sahil” xəbər verir ki, Ombudsman Səbinə Əliyeva Aylıq çərçivəsində “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində olub. Səbinə Əliyeva mərkəzdə yaşayan uşaqlarla fikir mübadiləsi aparıb, onların hüquqlarının təmini vəziyyəti ilə maraqlanıb, təkliflərini dinləyib, hüquqları və Ombudsmanın səlahiyyətləri barədə uşaqları məlumatlandırıb.
İctimai Birliyin sədri Kəmalə Ağazadə mərkəzin fəaliyyətinə, həyata keçirilən tədbirlərə dair Ombudsmana məlumat verib, uşaq hüquqları sahəsində mövcud çətinliklərlə bağlı söhbət aparıb.
Görüş zamanı Ombudsman uşaqların yaradıcılıq bacarıqları ilə tanış olub, onlara təsisat tərəfindən hazırlanan maarifləndirici nəşrlər və hədiyyələr təqdim olunub.
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Qaradağ rayonunun Ələt qəsəbəsində YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirilib
İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib