Nəsimi rayonu ərazisində yerləşən elektronika mağazalarından birindən 2500 manat dəyərində noutbuk oğurlanıb.
“İki sahil” xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı V.Rzayev saxlanılıb.
Araşdırmalar zamanı onun paytaxt ərazisində yerləşən digər mağazalardan da məişət və elektronika avadanlıqları oğurladığı, daha sonra həmin əşyaları müxtəlif ticarət obyektlərində satdığı müəyyən edilib.
Araşdırma aparılır.
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Qaradağ rayonunun Ələt qəsəbəsində YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirilib
İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib