Nəsli kəsilmək təhlükəsi altında olan Amur pələnginin iki balası dünyaya gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə İDEA İctimai Birliyindən məlumat verilib.
Qeyd edək ki, Amur pələngi öz yarımnövləri içərisində böyüklüyünə görə birincidir. O, qütb və qonur ayıdan sonra quruda yaşayan üçüncü ən böyük yırtıcı hesab olunur. Təbii arealı əsasən Uzaq Şərqi və Çini əhatə edir. Hazırda bu növ Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) "Qırmızı siyahı"sına və Rusiyanın "Qırmızı Kitab"ına daxil edilib.
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Qaradağ rayonunun Ələt qəsəbəsində YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirilib
İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib