Son iki gün ərzində ölkə ərazisində avtomobillə 6 piyada vurulub, onlardan 4-ü ölüb.
Bu barədə "İki sahil"ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Ötən həftəsonu qeydə alınan yol-nəqliyyat hadisələri içərisində piyadavurma hadisələrinin çoxluğu ciddi narahatlıq doğurur. Təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən son iki gün ərzində 6 piyadavurma hadisəsi qeydə alınıb ki, nəticədə 4 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb.
Əsasən sutkanın qaranlıq vaxtı qeydə alınan bu hadisələr bir daha deməyə əsas verir ki, hələ də əksər piyadaların yol hərəkəti qaydalarına əhəmiyyət verməməsi, yolu istənilən yerdən keçmək alışqanlığı, yolu keçərkən qulaqlıqdan istifadə edilməsi, yaxud diqqəti yayındıran, onlara təhlükəli sahədə olduqlarını unutduran məşguliyyətə aludəçilik - bir sözlə ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşılması yollarımızda yaşanan faciələrin başlıca səbəblərindən biridir.
Lakin, hər bir hərəkət iştirakçısı bilməlidir ki, yol birgə istifadə məkanıdır. Qaydaların hər kəsə şamil edildiyi bu mühitdə özünü ümumi davranış normalarından kənarda zənn edən hərəkət iştirakçısı, o cümlədən piyada potensial faciə qurbanıdır.
Piyadaların üzərinə düşən ən sadə, lakin həyat əhəmiyyətli vəzifə isə yalnız yolu müəyyən olunmuş keçidlərdən və diqqətli keçməkdir.
Unutmamalıyıq ki, bu sadə qaydaya əməl etməyən piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıqdan özünün və digər hərəkət iştirakçılarının taleyini dəyişə bilər.
Qaradağ rayonunun Ələt qəsəbəsində YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirilib
İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib
Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub
“Media üçün rəqəmsal səriştələr” layihəsi çərçivəsində növbəti görüş keçirilib - FOTO