Bakı Dövlət Universiteti (BDU) 2026-cı il üzrə açıqlanan “Round University Ranking” (RUR) beynəlxalq reytinqində 189 pillə irəliləyərək, Azərbaycanın ali təhsil müəssisələri arasında lider mövqeyini qoruyub saxlayıb. Belə ki, BDU müvafiq reytinq cədvəlində 636-cı yerdə qərarlaşıb ki, bu da Universitetin ötən ilki 825-ci mövqeyi ilə müqayisədə əhəmiyyətli irəliləyiş əldə etdiyini göstərir.
“İki sahil” xəbər verir ki, RUR reytinqi dünya üzrə ali təhsil müəssisələrinin fəaliyyətini 20 əsas göstərici əsasında qiymətləndirən beynəlxalq reytinq qurumlarından biridir. RUR reytinqi universitetlərin fəaliyyətini dörd strateji istiqamət üzrə – tədris (40%), tədqiqat (40%), beynəlmiləlləşmə (10%) və maliyyə dayanıqlılığı (10%) sahələrində ölçür.
Qiymətləndirmə zamanı tədris, elm və beynəlmiləlləşmə fəaliyyətləri müəyyən olunmuş müvafiq indikatorlar vasitəsi ilə ölçülür. Eyni zamanda, tədris və tədqiqat sahələrində reputasiya göstəriciləri hər il beynəlxalq miqyasda keçirilən akademik reputasiya sorğuları nəticələrinə əsasən müəyyənləşdirilir. Bu kompleks qiymətləndirmə metodologiyası universitetlərin tədris və tədqiqat potensialını, eləcə də onların qlobal rəqabət qabiliyyətini və institusional dayanıqlılığını vahid və sistemli yanaşma əsasında əks etdirməyə imkan verir.
BDU-nun əldə etdiyi bu uğur son illərdə həyata keçirilən genişmiqyaslı islahatların, tədris və elmi potensialın sistemli şəkildə gücləndirilməsinin, habelə beynəlxalq nüfuzunun yüksəlməsinin məntiqi və davamlı nəticəsidir.
“Media üçün rəqəmsal səriştələr” layihəsi çərçivəsində növbəti görüş keçirilib - FOTO
ADY yeni rayonlararası sərnişin qatarları alır: Yeni istiqamətlərə sərnişin daşımaları bərpa ediləcək
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı panel keçiriləcək
Xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş əməkdaşın ailəsi ziyarət edilib