2025-ci ildə dövlət borcu ilin sonuna 26 milyard manat və ya illik ÜDM-in 20,1 faizinə bərabər olub. Bu da 2025-ci ilin əvvəli ilə müqayisədə ilin sonuna 1,6 faiz bəndi az deməkdir.
“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 9-da keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.
“Dövlət borcunun bu günə olan rəqəmi isə, ümumiyyətlə, 24,1 milyard manata və ya proqnozlaşdırılan illik ÜDM-in 18,4 faizinə bərabərdir. Bu da Azərbaycanın dünyada dövlət borcunun ÜDM nisbətinin ən aşağı olan ölkələrdən biri olmasının bir daha bariz bir göstəricisidir”, - deyə nazir əlavə edib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir