"Mastercard" və "Visa" ödəniş kartlarının komissiyalarının azaldılması zəruridir.
“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin sədri Zakir Nuriyev Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O hesab edir ki, "Mastercard" və "Visa" tərəfindən tətbiq olunan komissiya haqları ilə bağlı bu xidmətlərin qiymətlərinin aşağı salınması labüddür və zəruridir: "Paralel olaraq, biz də qeyd etdiyimiz kimi, özümüzün QR kod sisteminin daha sürətli inkişaf etdirilməsi və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirəcəyik. Məqsədimiz yalnız həmin təşkilatların tarif endirimlərini gözləmək deyil, yerli standartları və mövcud imkanları tətbiq etməklə xidmətlərin ümumi dəyərini azaltmaqdır".
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir