09 iyun 2026 13:09
174

Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb

Keçən il sosialyönümlü xərclər qorunub. 15,3 milyard manat və ya büdcənin 40 faizi demək olar ki, sosialyönümlü xərclərə yönəldilib. 2024-cü illə müqayisə etsək, bu rəqəm 602 milyon manat daha çoxdur. Ümumiyyətlə, son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb.

“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 9-da keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.

“Müdafiə və milli təhlükəsizlik xərcləri xüsusi olaraq ən geniş icra olunan istiqamətlərimizdən biridir. Bu istiqamətə 2025-ci ildə 8,1 milyard manat və ya dövlət büdcəsi xərclərinin təqribən 21 faizi yönəldilib. 2024-cü illə müqayisədə ötən il bu istiqamətə 1,5 milyard manat daha çox vəsait yönəldilib”, - deyə Sahil Babayev qeyd edib.