BMT Baş katibi António Guterres Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsindən narahatlığını ifadə edərək tərəfləri atəşkəs rejiminə ciddi şəkildə riayət etməyə çağırıb.
“İki sahil” xəbər verir ki, Baş katib sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, Livan, İran və Qəzza zolağında qüvvədə olan atəşkəs tam şəkildə qorunmalıdır.
“Bütün hücumlar dərhal dayandırılmalıdır. Livan, İran və Qəzza zolağında atəşkəs rejiminə tam riayət olunması vacibdir. Mövcud diplomatik səylərə zərbə vura biləcək hər hansı addımdan çəkinmək lazımdır”, – deyə António Quterreş vurğulayıb.
BMT rəhbəri bölgədə sabitliyin qorunmasının və siyasi-diplomatik həll yollarının davam etdirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, yeni hərbi qarşıdurmalar regionda onsuz da mürəkkəb olan humanitar və təhlükəsizlik vəziyyətini daha da ağırlaşdıra bilər.
İranlı nazir son 24 saat ərzində bu şəxslərlə ikinci dəfə telefon əlaqəsi saxlayıb
Mərakeş Seutada miqrantlara qarşı zorakılıq iddialarının araşdırılmasını tələb edib
NYT: İran neft bazarı vasitəsilə ABŞ-dəki seçkilərə təsir göstərməyi planlaşdırır