09 iyun 2026 17:14
150

Almaniya Ukrayna üçün əlavə 300 milyon avro ayıracaq

Almaniya Ukraynaya hərbi dəstəyin davamı çərçivəsində Çexiyanın sursat satınalma proqramına əlavə 300 milyon avro vəsait ayıracaq.

“İki sahil” Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.

Nazirin sözlərinə görə, Berlin tərəfindən ayrılan maliyyə vəsaiti hesabına Ukrayna Silahlı Qüvvələri üçün 50 min ədəd uzaqmənzilli döyüş sursatının tədarükü həyata keçiriləcək.

Boris Pistorius bildirib ki, Almaniya Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə tərəfdaş ölkələrlə əməkdaşlığı davam etdirir və Çexiyanın təşəbbüsü ilə həyata keçirilən sursat proqramı bu istiqamətdə mühüm rol oynayır.