09 iyun 2026 21:22
116

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.

“İki sahil” xəbər verir ki,  Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən bildirilib ki, muxtar respublikanın bəzi dağlıq və dağətəyi zonalarında yağıntı müşahidə olunur.

Şahbuz rayonunun Kükü kəndinə isə dolu düşüb. Dolunun diametri 1 santimetr təşkil edib.