10 iyun 2026 06:40
134

ABŞ Ordusu İrana zərbələrin başa çatdığını elan edib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "Apache" helikopterinin vurulmasına cavab olaraq İrana zərbələrin tamamlandığını elan edib.

“İki sahil” xəbər verir ki,  komandanlıq bu barədə "X" sosial şəbəkəsindəki açıqlamasında bildirib.

"CENTCOM qüvvələri dünən ABŞ Ordusuna məxsus "Apache" helikopterinin vurulmasına cavab olaraq Ali Baş Komandanın göstərişi ilə İrana özünümüdafiə məqsədilə zərbələri başa çatdırıblar", - bəyanatda deyilir.

CENTCOM-un məlumatına görə, zərbələr Hörmüz boğazında İran radarlarını, hava hücumundan müdafiə sistemlərini və yerüstü idarəetmə qurğularını hədəf alıb.

Həmçinin qeyd edilib ki, zərbələr ABŞ Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin dəqiq idarə olunan sursatları və qırıcı təyyarələri ilə həyata keçirilib.