10 iyun 2026 14:35
83

Filippində zəlzələ nəticəsində həlak olanların sayı...

Filippinin Mindanao adasında baş vermiş 7,8 maqnitudalı zəlzələ nəticəsində həlak olanların sayı 53 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Yanğından Mühafizə Bürosunun (BFP) məlumatında deyilir.

Saranqani əyalətində dağıdıcı zəlzələnin səbəb olduğu genişmiqyaslı dağıntılarla əlaqədar fövqəladə vəziyyət elan edilib.

Son məlumatlara görə, zəlzələ nəticəsində Zamboanqa yarımadası, Şimali Mindanao, Davao regionu və digər ərazilərdə təxminən 6 224 məktəb binası zədələnib.