10 iyun 2026 16:44
101

Modi G7 sammiti çərçivəsində Trampla görüşməyi planlaşdırır

Hindistanın Baş naziri Narendra Modinin ABŞ Prezidenti Donald Trump ilə G7 sammiti çərçivəsində görüş keçirəcəyi gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə Hindistanın nüfuzlu nəşri "The Hindu" məlumatlı mənbələrə istinadla xəbər yayıb.

Məlumata görə, görüş gələn həftə Fransanın Evian-les-Bains şəhərində keçiriləcək “Böyük Yeddilik” (G7) sammiti zamanı baş tuta bilər.

Nəşrin yazdığına görə, Modi və Tramp sammit çərçivəsində ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq, ticarət əlaqələri və regional təhlükəsizlik məsələlərini müzakirə edə bilərlər.

Bundan əvvəl Donald Tramp Narendra Modidən Hindistana rəsmi səfər etmək üçün dəvət aldığını açıqlamışdı. Müşahidəçilər hesab edirlər ki, iki lider arasında planlaşdırılan görüş Vaşinqton və Yeni Dehli arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.