10 iyun 2026 17:25
96

Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Futbol üzrə Türkiyə millisinin dünya çempionatında ilk oyununu idarə edəcək baş hakim açıqlanıb.

“İki sahil” xəbər verir ki, D qrupunda Avstraliya ilə keçiriləcək görüş venesuelalı FIFA referisi Xesus Valensuelaya tapşırılıb.

İyunun 14-də Kanadanın Vankuver şəhərindəki “Bi-Si Pleys” arenada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.

Türkiyə millisi D qrupunda növbəti oyunlarını iyunun 20-də Paraqvaya, 26-da isə ABŞ-yə qarşı keçirəcək.

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq.