10 iyun 2026 20:20
118

Kolumbiya Konqresi Prezidentin vəzifədən kənarlaşdırılması barədə göstəriş verib

Kolumbiya Prezidenti Qustavo Petro iyunun 21-dək vəzifəsindən kənarlaşdırıla bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Kolumbiyanın "El Tiempo" qəzeti məlumat yayıb.

Məlumata görə, Kolumbiya Konqresinin Nümayəndələr Palatasının ittihamlar üzrə komissiyasının sədri Qloriya Arisabaleta təminedici tədbir qismində prezidentin vəzifədən kənarlaşdırılması barədə göstəriş verib.

Qeyd olunur ki, Petroya qarşı bu cür tədbirlər əvvəllər də nəzərdən keçirilib, lakin onların hüquqi qüvvəsinə və qanunauyğunluğuna dair şübhələr səbəbindən hər dəfə rədd edilib.

Nəşrin məlumatına görə, iyunun 9-da komissiya seçkilər ərəfəsində siyasi təşviqatda iştirak ehtimalı ilə əlaqədar Petroya qarşı iki intizam araşdırmasına başlayıb. Söhbət həm də onun regional parlamentdə müxalifətə qarşı hücumların yer aldığı çıxışından gedir.

Mənbələr iddia edirlər ki, dövlət başçısının partiyasından olan parlamentari tərəfindən qəbul edilən bu qərar Petroya özünün "Tarixi pakt" koalisiyasından prezidentliyə namizəd İvan Sepedanı dəstəkləmək kampaniyasında çox daha fəal iştirak etmək imkanı yarada bilər. Bu onunla əlaqədardır ki, qərar onu tutduğu vəzifənin tətbiq etdiyi məhdudiyyətlərdən azad edərdi.

Kolumbiyada prezident seçkiləri 31 may 2026-cı ildə keçirilib. İkinci tur 21 iyun 2026-cı ildə baş tutacaq. Petronun özünün ardıcıl olaraq ikinci müddətə namizədliyini irəli sürmək hüququ yoxdur. İlkin səsvermənin nəticələrinə görə, Sepeda 40,9 % səs toplayaraq müxalif "Vətən uğrunda qətiyyətlə" partiyasının nümayəndəsi Abelardo de la Esprielyadan geri qalıb - o, 43,7 % səslə liderdir.