10 iyun 2026 22:05
93

Tramp: ABŞ İrandan milyonlarla barel neft çıxarıb

ABŞ Prezidenti Donald Tramp İran ərazisindən milyonlarla barel neftin çıxarıldığını bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə o Ağ Evdə jurnalistlərə bildirib.

"Biz milyonlarla barel neft çıxarırdıq - milyonlarla barel. Hər gecə biz neft götürürdük. Milyonlarla barel neft çıxarılıb və məhz buna görə də qiymət 250 dollar yox, bir barel üçün 85-90 dollardır", - o deyib.

O həmçinin qeyd edib ki, müharibə tam başa çatdıqdan sonra yanacağın qiyməti aşağı düşəcək.