10 iyun 2026 23:38
89

Sibiqa: AEBA və Aİ Çernobıl AES yaxınlığındakı yanacaq anbarına hücumu pisləyib

Avropa İttifaqı (Aİ) və 47 dövlət Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasında Rusiyanın Ukraynanın Çernobıl Atom Elektrik Stansiyası (AES) yaxınlığındakı mərkəzləşdirilmiş nüvə yanacağı anbarına hücumunu pisləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, bu hücum onu göstərir ki, Rusiya Ukraynaya qarşı müharibə zamanı nüvə təhlükəsizliyini və mühafizəsini sarsıtmağa davam edir.

O, həmçinin Ukraynanın mülki obyektlərinə və nüvə infrastrukturuna endirilən zərbələrin dayandırılması, eləcə də Zaporojye AES-in Ukraynaya qaytarılması məqsədilə Moskvaya təzyiqlərin gücləndirilməsinin vacibliyini bəyan edib.