Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uzun illər ərzində uğurla həyata keçirilən siyasət nəticəsində Azərbaycanın möhkəm makroiqtisadi və makrofiskal dayanıqlılığı təmin edilib.
“İki sahil” xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində söyləyib.
“Bəli, bizim valyuta və qızıl ehtiyatlarımız bu gün ölkənin ümumi daxili məhsulunu üstələyən həcmdədir. Son illərin dinamikası onu göstərir ki, bütün xarici şoklara, böhranlara baxmayaraq, ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır. Bu, bizim ümumi mənzərəmizdir”, - deyə nazir əlavə edib.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir