Xatırlayırsınızsa, xüsusilə “kölgə”də fəaliyyət göstərən vətəndaşlarımızın əmək müqaviləsi olmadan çalışmaları, sosial müdafiə sistemindən kənarda qalmaları məsələlərinə böyük diqqət yetirirdik. Çünki gələcəkdə bu, həm vətəndaşların pensiya yaşına çatdıqda hüquqlarının təmin edilməsi, həm də dövlətin onların sosial müdafiəsini təşkil etməsi baxımından vacib məsələdir.
“İki sahil” xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində deyib.
“Burada yəqin ki, ən böyük nəticə verən layihə 2019-cu ildən 2025-ci il də daxil olmaqla yeddi il ərzində tətbiq olunan qeyri-neft-qaz və qeyri-dövlət sektorunda fiziki şəxslərin gəlir vergisindən azad olması mexanizmi idi. Hətta gözləntilərimizi üstələyən nəticələr əldə olundu”, – deyə nazir diqqətə çatdırıb.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir