ABŞ hərbçiləri İranın Sirik bölgəsindəki mülki su infrastrukturuna zərbə endirib və ümumi tutumu 2500 kubmetr olan iki anbarı məhv ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.
"Bu qurğular on kəndin 20 mindən çox sakinini içməli su ilə təmin edirdi", - o qeyd edib.
XİN rəsmisinin sözlərinə görə, bu, qəsdən törədilmiş hərbi cinayət və insan hüquqlarının, eləcə də beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır: "ABŞ həyatı təmin edən mülki infrastruktura qarşı bu cür sistematik hücumların törədilməsinə görə məsuliyyət daşımalıdır".
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "Apache" helikopterinin vurulmasına cavab olaraq İrana zərbələr endirib.
Water is the pulse of life — and the U.S. is deliberately targetting the lifeblood of the Iranian people.
— Esmaeil Baqaei (@IRIMFA_SPOX) June 10, 2026
As part of its aggression against Iran, the U.S. military has deliberately struck vital civilian water infrastructure in Sirik, Hormozgan, destroying two reservoirs with a… pic.twitter.com/mvdYGvnSyq