Ələt Azad İqtisadi Zonasının ərazisində inşa olunan yük hava limanının gələn il istifadəyə verilməsi planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" tədbirində deyib.
Onun sözlərinə görə, yük hava limanının tikintisinə 2024-cü ilin martında başlanılıb və bu, Azərbaycanın azad iqtisadi zona ərazisində yerləşən ilk hava limanı olacaq.
V. Ələsgərov bildirib ki, hava limanı yüksək texnologiyalı şirkətlərin cəlb edilməsinə və zonanın logistika imkanlarının genişlənməsinə xidmət edəcək.
O əlavə edib ki, investorları cəlb etmək üçün təkcə vergi və gömrük güzəştləri deyil, həm də hazır infrastruktur, sürətli xidmətlər və əlverişli logistika imkanları vacibdir.
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir