Rusiyanın Ermənistandakı səfirliyi Gümrüdə İkinci Dünya müharibəsi qəhrəmanlarına həsr olunmuş “Ana Ermənistan” abidəsinin təhqir olunması ilə bağlı hiddətini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya diplomatik nümayəndəliyinin “Telegram” kanalında dərc olunmuş bəyanatda bildirilib.
Rusiya səfirliyi Ermənistan hakimiyyətindən hadisənin dəqiq qiymətləndirilməsini, eləcə də məsul şəxslərin məsuliyyətə cəlb edilməsi və gələcəkdə bu cür təxribatların qarşısının alınması üçün hərtərəfli tədbirlərin görülməsini gözlədiyini bildirib.
Xatırladaq ki, iyunun 10-da naməlum şəxslərin Ermənistanın Gümrü şəhərindəki “Ana Ermənistan” abidəsinin üzərindəki qəhrəman şəhərlərin adları olan qızılı hərfləri sökdüləri bildirilib.