11 iyun 2026 16:03
100

Ərdoğan Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanı onun rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" Partiyasının iyunun 7-də parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

"Üçüncü dəfə hökumətin qurulmasında sizə uğurlar arzulayıram", - Ərdoğanın təbrikində qeyd olunub.

Türkiyə Prezidenti əmindir ki, Paşinyanın regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi, eləcə də bu istiqamətdə zəruri əməkdaşlığın inkişafı ilə bağlı baxışı "uğurla həyata keçiriləcək".