11 iyun 2026 16:43
71

Tramp: ABŞ Xarq adasını ələ keçirmək niyyətindədir

ABŞ Prezidenti Donald Tramp Xarq adasını ələ keçirmək niyyətində olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə o "Truth Social"da yazıb.

"Yaxın gələcəkdə hansısa bir məqamda biz Xarq adasını və İranın digər neft infrastrukturu obyektlərini ələ keçirəcəyik və eynilə Venesuelaya etdiyimiz kimi, onların neft və qaz bazarlarını tam nəzarətə götürəcəyik", - o qeyd edib.