13 iyun 2026 10:58
113

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

Azərbaycanda donorların sayı ildən-ilə artır. Statistikaya baxsaq, görərik ki, 2023-cü ildən bəri bu günə kimi donorların sayında ciddi artım var.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev deyib.

"2023-cü ildə ümumi donor sayımız 93 min olsa da, 2024-cü ildə bu rəqəm 124 min, 2025-ci ildə 138 min, 2026-cı ilin 5 ayı ərzində 50 mindən artıq olub. Bu da tələb olunan ehtiyaclarımızı ödəyir", - deyə E.Nağıyev bildirib.