Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya edilmiş 7-is qadın, 16-sı uşaq olmaqla daha 23 nəfər vətəndaşımız Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib. “İki sahil” xəbər verir ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib. Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar.
Son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib.