13 iyun 2026 19:03
91

Nazirliyin nümayəndə heyəti Türkiyənin Ankara şəhərində səfərdə olub

Nazirliyin nümayəndə heyəti Türkiyənin Ankara şəhərində səfərdə olub.

“İki sahil” xəbər verir ki, İcbari tibbi sığorta sahəsində qardaş ölkənin təcrübəsinin yaxından öyrənilməsi məqsədi daşıyan səfər çərçivəsində Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertemlə görüş olub. Həmçinin Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Sosial Təminat Qurumunda da görüş keçirilib.

Görüşlərdə tibbi sığorta sahəsində metodoloji yanaşmalar, tibbi sığortanın əhatə dairəsi, xidmətlər, dərman təchizatı və tibbi sığorta sahəsində rəqəmsallaşdırma ilə bağlı müzakirələr və təcrübə mübadiləsi aparılıb.