14 iyun 2026 15:30
122

Konqoda Eboladan ölənlərin sayı 150-yə çatır

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından ölənlərin sayı 149-a çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə KDR-nin Rabitə və KİV İşləri Nazirliyi məlumat yayıb.

"Təsdiqlənmiş xəstəlik hallarının sayı 710-dur. Xəstəxana və izolyatorlarda Ebola virusuna yoluxmuş 324 nəfər var. Ölüm göstəricisi - 21%. Təmasların izlənilməsi səviyyəsi - 60,5%", - qurumdan qeyd edilib.

Daha əvvəl nazirlik 139 ölüm və 689 yoluxma halı barədə məlumat verib.