İsrail ordusu Beyrutun cənubundakı Qubeyri rayonundakı hədəflərə zərbə endirib. Əməliyyatdan qabaq 30 kəndin əhalisinə təxliyə ilə bağlı xəbərdarlıq olunub.
“İki sahil” “əl-Ərəbiyyə”yə istinadla xəbər verir ki, İsrail ordusunun sözçüsünün sözlərinə görə, əməliyyat zamanı “Hizbullah”ın bu rayonda yerləşən komanda mərkəzi vurulub.
İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qoşun Qərargahının komandanının müavini Məhəmməd Cəfər Əsədi bu hücumların “cavabsız qalmayacağı” ilə bağlı xəbərdarlıq edib.
İran Parlamentinin spikeri Məhəmməd Qalibaf da bütün cəbhələrdə, o cümlədən Livanda atəşkəs olmayacağı təqdirdə ABŞ tərəfi ilə diplomatik həll prosesindən çıxacağına eyham vurub.
İsrail ordusunun qərargah rəisi İyal Zamir isə bildirib ki, ordu Livandakı əməliyyatlarını daha da dərinləşdirəcək.