14 iyun 2026 20:20
98

Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində açıq ərazidə yanğın baş verib.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazidə 700kv.m. sahədə qamışlıq və kol-kos yanıb.

Ətraf ərazilər və kommunikasiya xəttləri yanğından mühafizə olunub.